"Sumqayıt"ın yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqi baş tutub. Matc.az xəbər verir ki, məşqdən öncə 44 yaşlı mütəxəssis klub rəhbərliyi tərəfindən kollektivə təqdim olunub.
 
Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib.
 
"Sumqayıt" Samir Abasovun köməkçilərinin də siyahısını açıqlayıb. Abasovun məşqçilər korpusunda Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, Qoran Başiç və Emil Babayevin yer alacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest