"İnter"in futbolçusu Marselo Brozoviç "Barselona"ya qarşı UEFA çempionlar Liqasının hər iki oyununu buraxacaq. Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Xorvatiya millisinin Avstriya ilə UEFA Millətlər Liqasının 6-cı tur matçında (3:1) zədələnib.
 
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç oyundan sonrakı mətbuat konfransında Brozoviçin 3-4 həftə yaşın meydanlardan kənarda qalacağını bildirib.
 
"İnter" "Barselona"ya qarşı qrupdakı ilk oyununu oktyabrın 4-də səfərdə, növbəti matçını isə oktyabrın 12-də evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest