Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunda yeni uğura imza atıb. Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu 2003/04 mövsümündən bəri Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçu olub.
 
Kvaratsxeliya buna "Verona"nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri 1-ci turun oyununda nail olub. Gürcüstan millisinin üzvü 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. 55-ci dəqiqədə isə o, polşalı Pyotr Zelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.
 
Xviça Azərbaycan millisinin keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest