"Barselona"nın futbolçusu Aleks Kolyado karyerasını icarə əsasında "Elçe"də davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
 
Kataloniya klubu futbolçunun maaşının 50 faizini ödəyəcək. 23 yaşlı ispaniyalı ilə icarə müqaviləsi 1 illikdir.
 
Kolyado 2010-cu ildən "Barselona"da çıxış edir. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında "Qranada"da keçirib. Onun hesabında 17 oyun, iki qol və bir məhsuldar ötürmə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest