İspaniyanın "Betis" klubu kapitanı Xoakin Sançes ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub.
 
Xoakin Sançes "Betis"in öz yetirməsidir. O, "Valensiya", "Malaqa" və "Fiorentina"da forma geyindikdən sonra 2015-ci ildə yenidən doğma klubuna qayıdıb. 
 
"Betis" heyətini yeni futbolçularla da gücləndirib. La Liqa təmsilçisi Braziliyanın "Fluminense" klubunun gənc forvardı Luis Enrikeni heyətinə qatıb. Braziliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
 
La Liqa təmsilçisi İtaliyanın "Latsio" klubunun braziliyalı mərkəz müdafiəçisi Luis Felipeni də heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest