UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşanın "Lex" klubu futbolçusu Yan Sikora ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Poznan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı yarımüdafiəçi çexiyanın "Viktoriya" (Plzen) klubuna satılıb. çexiyalı oyunçu ötən mövsümü də icarə əsasında "Viktoriya"da keçirib.
 
Xatırladaq ki, "Lex" Polşadakı ilk matçda "Qarabağ"a qalib gəlib - 1:0. Komandalar arasında cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest