Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Şimali Makedoniyanın U-21 milli komandasının da üzvü olan Yovan Manevi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçi Şimali Makedoniyanın "Breqalniça" klubundan satınalma şərti ilə icarəyə götürülüb.
 
Adana təmsilçisi yarımmüdafiəçisi Gökhan İnlərlə də yeni müqavilə bağladığını açıqlayıb. 38 yaşlı futbolçu yeni sözləşməyə əsasən daha bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.
 
Gökhan İnlər 2020-ci ildən "Adana Dəmirspor"un uğurları üçün çalışır. O, əvvəllər Türkiyədə "Başakşəhər" və "Beşiktaş"ın da formasını geyinib. Futbolçu İsveçrə millisində 89 oyun keçirib, 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest