Futbol üzrə Polşa millisinin kapitanı Robert Levandovski ardıcıl ikinci dəfə "Qızıl buts" qazanıb. Matc.az xəbər verir ki, "Bayern"in 34 yaşlı hücumçusu Almaniya Bundesliqasının 2021/22 mövsümündə meydana çıxdığı 34 oyunda 35 qol vurub.
 
Nəticədə 70 xala malik Levandovski rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin hücumçusu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. çiro İmmobile ("Latsio") və Kərim Benzema ("Real") hərəyə 27 qolla 54 xal yığaraq, 3-4-cü yerləri bölüşdürüblər. "Monako"nun hücumçusu Vissam Ben Yedder isə 25 qolla 50 xal toplayıb və ilk beşliyi qapayıb.
 
Xatırladaq ki, Robert Levandovski ötən mövsüm 41 qolla (82 xal) "Qızıl buts" qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest