Fransanın "Lill" klubu türkiyəli hücumçusu Burak Yılmazla vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Fransa klubu Türkiyə millisinin sabiq üzvünə xidmətlərinə görə təşəkkür edib.
 
Yılmaz 2020-ci ilin yayından "Lill"də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub, bir dəfə Fransa çempionu, bir dəfə Fransa kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest