Futbol üzrə Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə "Rizəspor"la qarşılaşan "Sivasspor" əzmkar qələbəyə sevinib. Beş qolun qeydə alındığı "Qalatasaray" – "Adana Dəmirspor" matçında da meydan sahibləri qalib gəliblər.

Türkiyə Super Liqası
37-ci tur

14 may

Kayserispor – Yeni Malatyaspor 3:0
Qol: G.Sazdağı, 10; 45+4. H.Erkip, 72.

15 may

Göztəpə – Beşiktaş 0:2
Qol: Larin, 27. Jozef, 32.

Trabzonspor – Altay 2:1
Qol: İ.öztürk, 19-öz qapısına. Nvakaeme, 84 – M.Rodriqes, 70.

Alanyaspor – Qaziantep 3:0
Qol: Dyedyu, 59. Eduardo, 89. Kandeyas, 90.

Fənərbaxça – Fatih Karagümrük 0:0

Kasımpaşa – Antalyaspor 2:4
Qol: U.Bozok, 37; 90+6-pen – Fredi, 19. Naldo, 47. Rayt, 53. Haderqyonay, 70-öz qapısına.

Girəsunspor – Başakşəhər 1:1
Qol: Peres, 72 – Okaka, 45+2.

Konyaspor – Hatayspor 3:1
Qol: Byutyuqi, 6. Mixalak, 73. Koka, 87 – El Kaabi, 16.

16 may

Rizəspor – Sivasspor 1:2
Qol: Boyd, 22 – E.Yeşilyurt, 31. Ulvestad, 75.

Qalatasaray – Adana Dəmirspor 3:2
Qol: Qomis, 30-pen; 63. K.Aktürkoğlu, 55 – Y.Akgün, 9. Balotelli, 67.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest