"Yuventus"un növbəti mövsüm üçün kapitanı müəyyənləşib. Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.
 
O, A seriyasının son turunda "Latsio" ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında bildirib ki, Corcio Kyellininin gedişindən sonra digər mərkəz müdafiəçisi Leoanardo Bonucci kapitan olacaq.
 
Qeyd edək ki, 37 yaşlı Kyellini mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayıb. 
 
Bonucci 2010-cu ildən Turin klubunda oynayır. O, 2017/18 mövsümündə "Milan"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest