Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günüdür. Matc.az xəbər verir ki, bu gün yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək.
 
Artıq ilk çempionlar bəllidir. Yaşı 15-ə qədər oğlanların 73 kq çəki dərəcəsində mübarizəsində toplam 183 kq (78+105) nəticə göstərən Bakı idmançısı Yaşar Qurbanov, yaşı 17-yə qədər oğlanların 73 kq çəki dərəcəsində isə toplam 232 kq (97+135) Lənkəran idmançısı Emin Əkbərov qızıl medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest