Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 15-dək olan ağırlıqqaldıranlar arasında 61 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qızıl medal qazanıb.
 
Toplam 188 kq-ın (85+103) öhdəsindən gələn Əli Məhərrəmzadə gümüş, 173 kq (80+93) nəticə göstərən Akif Abdullayev bürünc medala sahib çıxıb.
 
Qeyd edək ki, Azərbaycan çempionatına bütün şəhər və rayonların idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-dək yeniyetmə atlet qatılıb. Bu gün yaşı 15-dək olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest