Sabah Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq. 


Rəsmi açılış mərasimi aprelin 9-da, saat 13:00-da olacaq.

çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest