Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb. Matc.az xəbər verir ki, qitə birinciliyində şahmatçılardan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 11 turdan 8 xal toplayan şahmatçı yekun sıralamada 3-8-ci yerləri bölüşüb.
 
Digər təmsilçilərimizdən hərəyə 7.5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
 
Yarışın qalibi 8.5 xalla almaniyalı Matias Blubaum olub.
 
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar, o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest