Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cü mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cü mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb. Matc.az xəbər verir ki, hər iki qrossmeyster B qrupunu eyni - 3ş5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.
 
İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb.
 
Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
 
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest