Bakıda batut gimnastikası üzrə dünya kuboku keçirilir. Matc.az xəbər verir ki, turnir Azərbaycanı təmsil edən Selcan Mahsudova üçün uğurlu alınıb.
 
19 yaşlı idmançı dünya kubokunda gümüş medal qazanıb. İdmançımız final mərhələsində hakimlərdən 52.780 xal toplayaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
 
Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciya Campyeri (İtaliya) əldə edib.
 
Qeyd edək ki, batut üzrə Dünya kubokunda 13 ölkədən 52 gimnast mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest