Formula 1 üzrə Azərbaycan qran-prisinin proqramı bəlli olub. Matc.az xəbər verir ki, yarış iyunun 10-da, saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq. Saat 18:00-da isə ikinci test yürüşü olacaq.
 
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Əsas yarış isə iyunun 12-də keçiriləcək.
 
Formula 1-də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest