Fevralın 10-11-də Respublika Olimpiya Mərkəzində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.
 
Matc.az xəbər verir ki, yarışda atletlər 60, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa və hündürlüyə tullanma, eləcə də nüvəitələmə yarışlarında mübarizə aparacaqlar.
 
İki gün davam edəcək yarışda Bakı ilə yanaşı, Gəncə, İsmayıllı, Xızı, Astara, Naftalan, Qusar, Xaçmazvə Bərdədən olan atletlər də iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest