Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.
 
Azərbaycan təmsilçisi bu nəticə ilə 30 idmançı arasında 18-ci olub. O, "24-lüy"ə düşdüyü üçün fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.
 
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
 
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest