Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, Pekin Milli Stadionundakı tədbirə Bakı vaxtı ilə saat 16:00-da start verilib.

Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, Pekin Milli Stadionundakı tədbirə Bakı vaxtı ilə saat 16:00-da start verilib.
 
Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Azərbaycan heyəti paraddan 42-ci keçib.
 
Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.
 
Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.
 
çin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkə kimi tarixə düşüb. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayır. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq.
 
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest