Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Pekindədir. Matc.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 
Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə Marketinq İdarəsinin müdiri Mehman Kərimov, jurnalist Murad Fərzəliyev, Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıblar.
 
Nümayəndə heyətinin digər üzvləri Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən yola düşəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest