Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunda yarımfinala yüksəlib. Matc.az xəbər verir ki, yığma komanda ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.
 
Milli komanda 1/4 finalda Macarıstanı da eyni hesabla üstələyib. Azərbaycan millisi yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest