Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
"Nyukasl" – "Uotford" matçında qalib müəyyənləşməyib. "Norviç Siti" "Everton"u, "Vulverhempton" isə "Sauthempton"u məğlub yola salıb.
 
Turun mərkəzi görüşündə lider "Mançester Siti" ən yaxın izləyicisi "çelsi"nin müqavimətini çətinliklə qırıb. "Mançester Yunayted" isə "Aston Villa" səfərinə yollanıb. Dörd qolun qeydə alındığı oyunda "qırmızı şeytanlar" qələbəni əldən veriblər.
 
Bu tur keçirilməli olan "Bernli" – "Lester Siti" və "Tottenhem" – "Arsenal" matçları təxirə salınıb. Buna "Bernli" və "Arsenal"ın əksər futbolçusunun koronavirusa yoluxması səbəb göstərilib.
 
İngiltərə Premyer Liqası
22-ci tur
14 yanvar
 
Brayton – Kristal Pelas 1:1
Qol: Andersen, 87-öz qapısına – Qallaxer, 69.
 
15 yanvar
 
Mançester Siti – çelsi 1:0
Qol: De Bruyne, 70.
 
Vulverhempton – Sauthempton 3:1
Qol: Ximenes, 37. Koadi, 59. Traore, 90+1 – Uord-Prauz, 84.
 
Norviç Siti – Everton 2:1
Qol: M.Kin, 16-öz qapısına. İdah, 18 – Riçarlison, 60.
 
Nyukasl – Uotford 1:1
Qol: Sent-Maksimin, 49 – Pedro, 88.
 
Aston Villa – Mançester Yunayted 2:2
Qol: Remsi, 77. Koutinyo, 82 – B.Fernandes, 6; 67.
 
16 yanvar
 
18:00. Vest Hem – Lids
18:00. Liverpul – Brentford

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest