Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək. Matc.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Moskva ÇSKA-sı ilə razılaşıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yusuf tibbi müayinədən keçdikdən sonra ÇSKA ilə müqavilə imzalayacaq.
 
24 yaşlı futbolçu mövsümün sonuna qədər Moskva klubunda icarədə çıxış edəcək. ÇSKA yayda 12 milyon avro ödəməklə, Yusufun transfer hüquqlarına sahib ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest