İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Portu"nun yarımmüdafiəçisi Xesus Koronanı transfer edib.
 
Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikadan olan 29 yaşlı vinger 2025-ci ilin yayına qədər La Liqa klubunun uğurları üçün çalışacaq. O, yeni komandasında "9" nömrəli formanı geyinəcək.
 
Xesus Manuel Korona 2015-ci ildən "Portu"da çıxış edirdi. Yarımmüdafiəçi əvvəllər Niderlandın "Tvente", ölkəsinin "Monterrey" komandalarının da formasını geyinib. Meksika yığmasında 63 matça çıxan futbolçu, 10 qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest