Azərbaycan Triatlon Federasiyasında hesabat-seçki konfransı keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev açıqlama verib.
 
Onun sözlərinə görə, konfrans dekabrın 21-də baş tutacaq. Tədbirdən sonra mətbuat konfransı olacaq.
 
Qeyd edək ki, Triatlon Federasiyasına 2015-ci ildən "Azəridmanservis" Dövlət Müəssisəsinin direktoru Azər Məhərrəmov rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest