Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində seminar keçiriləcək. Matc.az xəbər verir ki, dekabrın 20, 21 və 22-ni əhatə edəcək üç günlük seminarda 13 rayon və şəhərdən məşqçilər iştirak edəcəklər.
 
Seminarda məşqçilərə nəzəri və praktiki dərslər keçiriləcək. Seminarın sonunda iştirakçılara sertifikatla yanaşı, dəstək məqsədilə federasiya tərəfindən toplar təqdim ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest