İspaniyanın Huelva şəhərində təşkil olunan badminton üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan badmintonçusuz Edi Reski Dviçayo bu gün mundialda növbəti sınağına çıxıb.
 
O, 1/16 final mərhələsi çərçivəsində Honkonq təmsilçisi Li çeuk Yiu ilə qarşılaşıb. İdmançımız bu rəqibinə 0:2 (13:21, 15:21) hesabı ilə uduzub.
 
Xatırladaq ki, Edi 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşmış və 2:0 (21:15, 21:16) hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest