Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Arsenal" doğma meydanda "Nyukasl"ı qəbul edib və inamlı qələbəyə sevinib.
 
"Liverpul" bu turda "Sauthempton"un müqavimətini 4 cavabsız qolla qırıb. "Kristal Pelas" evdə "Aston Villa"ya uduzub.
 
"Norviç Siti" – "Vulverhempton" və "Brayton" – "Lids" matçlarında isə qapılara qol vurulmayıb.
 
İngiltərə Premyer Liqası
13-cü tur
27 noyabr
 
Arsenal – Nyukasl 2:0
Qol: Saka, 56. Martinelli, 66.
 
Kristal Pelas – Aston Villa 1:2
Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.
 
Liverpul – Sauthempton 4:0
Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.
 
Norviç Siti – Vulverhempton 0:0
 
Brayton – Lids 0:0
 
28 noyabr
 
18:00. Bernli – Tottenhem
18:00. Brentford – Everton
18:00. Lester Siti – Uotford
18:00. Mançester Siti – Vest Hem
20:30. çelsi – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest