Qadınlardan ibarət kollektiv isə son turda Niderland üzərində qələbə qazanıb. Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub.

Sloveniyanın çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempinonatına yekun vurulub. Matc.az xəbər verir ki, bu gün kişi və qadınlardan ibarət Azərbaycan milliləri 9-cu turun görüşlərini keçiriblər.
 
Kişilərdən ibarət yığma Fransa qarşılaşıb və məğlubiyyətlə üzləşib. Nəticədə Azərbaycan yığması Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplamasına baxmayaraq, 4-cü yerlə kifayətlənib.
 
Qadınlardan ibarət kollektiv isə son turda Niderland üzərində qələbə qazanıb. Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub. 
 
Avropa çempionatı, 9-cu tur
21 noyabr
 
Kişilər
 
Fransa - Azərbaycan – 2.5:1.5
Alireza Firuzca - Şəhriyar Məmmədyarov - 1:0
Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov – 0.5:0.5
Maksim Laqarde - Rauf Məmmədov – 0,5:0.5
Jil Mussar - Nicat Abbasov – 0.5:0.5
 
Qadınlar
 
Azərbaycan - Niderland – 2.5:1.5
Günay Məmmədzadə - Jaogin Penq - 1:0
Gülnar Məmmədova - Elin Roebers - 0:1
ülviyyə Fətəliyeva - Maçteld Van Forest - 1:0
Gövhər Beydullayeva - Tea Lançava – 0.5:0.5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest