"Sabah" komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Murad Musayev çalışdıracaq.
 
Bu barədə Rusiyanın "Championat" nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, rusiyalı mütəxəssis komandanın sükanı arxasına keçməyə razılıq verib. Tərəflərin yaxın müddətdə rəsmi müqaviləyə imza atacaqları bildirilib.
 
38 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 21-də istefaya göndərilmiş Ramin Quliyevi əvəzləyəcək.
 
Xatırladaq ki, Murad Musayev bir neçə gün öncə "Sabah" rəhbərliyi ilə danışıqlar aparmaq üçün Bakıya gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest