Futzal üzrə Azərbaycan çempionu "Araz" (Naxçıvan) sabah UEFA çempionlar Liqasında növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu "Uraqan"la yanaşı, Rumıniyanın "Yunayted Qalati" və Kosovonun "Liqeni" komandası ilə üz-üzə gələcək.

Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb.

Təmsilçilərimiz arasında ən çox "Araz" bu turnirdə çıxış edib. İndiyə qədər "Araz" bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən təmsilçimiz iki dəfə "Dördlər finalı"na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Yeri gəlmişkən, çempionumuzun ikinci dəfə iştirakçısı olduğu "Dördlər finalı" 2014-cü ilədə Bakıda təşkil olunub.

71 oyunun birində "Araz"a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da Naxçıvan klubu qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. "Araz"ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Peres komandamızı 3, Milton Luis Ziller Junior isə 6 görüşə çıxarıb. "Araz" ən çox Alesionun rəhbərliyi altında meydana çıxıb – 44 oyun.

UEFA kuboku 2018/19 mövsümündən etibarən UEFA çempionlar Liqası adlanır.

Araz-Naxçıvan

2005/06 (Hacıbala Abdullazadə)

Birinci təsnifat mərhələsi (Bosniya və Herseqovinada keçirilib)

17.10.2005. "Morlanvels" (Belçika) – 4:4

18.10.2005. "Mostar" (Bosniya və Herseqovina) – 2:4

20.10.2005. "De Hommel" (Hollandiya) – 3:0

2006/07 (Arkadi Belıy)

Təsnifat mərhələsi (Xorvatiyada keçirilib)

12.10.2006. "Split" (Xorvatiya) – 5:3

13.10.2006. "Afina" (Yunanıstan) – 5:1

15.10.2006. "Slov-Matik" (Slovakiya) – 10:4

Elit raund (Polşada keçirilib)

05.12.2006. "Xojuv" (Polşa) – 3:3

06.12.2006. "Şarlerua" (Belçika) – 4:6

08.12.2006. "Marbo" (Serbiya) – 1:3

2007/08 (Məmmədqulu Zeynalov)

Əsas mərhələ (Azərbaycanda keçirilib)

10.09.2007. "Luparense" (İtaliya) – 0:3

11.09.2007. "Kamelot" (Moldova) – 4:1

13.09.2007. "Slov-Matik" (Slovakiya) – 3:4

2008/09 (Böyükağa Hacıyev)

Əsas mərhələ (Azərbaycanda keçirilib)

11.09.2008. "Şkövde" (İsveç) – 11:1

12.09.2008. "Nadin" (Bolqarıstan) – 6:1

14.09.2008. "Slov-Matik" (Slovakiya) – 4:2

Elit raund (Xorvatiyada keçirilib)

08.11.2008. "Nasional" (Xorvatiya) – 4:3

09.11.2008. "Dinamo-Yamal" (Rusiya) – 2:4

11.11.2008. "Odorheyu" (Rumıniya) – 6:4

2009/10 (Joze Alessio da Silva)

Əsas mərhələ (Xorvatiyada keçirilib)

02.10.2009. "Omoniya" (Kipr) – 4:1

03.10.2009. "Kolubara" (Serbiya) – 4:0

04.10.2009. "Podpiçan" (Xorvatiya) – 4:4

Elit raund (Azərbaycanda keçirilib)

19.11.2009. "Nikars" (Latviya) – 7:1

20.11.2009. "Atina-90" (Yunanıstan) – 7:0

22.11.2009. "Kayrat" (Qazaxıstan) – 4:3

Dördlər finalı (Portuqaliya, Lissabon)

Yarımfinal

23.04.2010. "İntervyu" (İspaniya) – 2:5

3-cü yer uğrunda

25.04.2010._"Luparense" (İtaliya) – 2:2, penaltilər 5:4

2010/11 (Joze Alessio da Silva)

Əsas mərhələ (Rumıniyada keçirilib)

28.09.2010. "Sportinq Finqal" (İrlandiya) – 7:4

29.09.2010. "Nikars" (Latviya) – 7:1

01.10.2010. "Tırqu-Mureş" (Rumıniya) – 3:1

Elit raund (Rusiyada keçirilib)

22.11.2010. "Ararat-Nikosiya" (Kipr) – 2:1

23.11.2010. "Montesilvano" (İtaliya) – 2:2

25.11.2010. "VİZ-Sinara" (Rusiya) – 2:3

2011/12 (Joze Alessio da Silva)

Elit raund (ispaniyada keçirilib)

17.11.2011. "Eyndhoven" (Hollandiya) – 5:3

18.11.2011. "Era Park Xrudim" (çexiya) – 3:4

20.11.2011. "Barselona" (İspaniya) – 2:2

2012/13 (Joze Alessio da Silva)

Əsas mərhələ (Macarıstanda keçirilib)

05.09.2012. EİD (İrlandiya) – 2:1

(transfer olmayan oyunçudan istifadə üçün -:+, yəni 0:5 hesablı texniki məğlubiyyət)

06.09.2012. "Eyndhoven" (Hollandiya) – 4:3

08.09.2012. "Qyor" (Macarıstan) – 5:5

Elit raund (Sloveniyada keçirilib)

10.10.2012. "Litija" (Sloveniya) – 3:5

11.10.2012. "Barselona" (İspaniya) – 1:7

13.10.2012. "Split" (Xorvatiya) – 5:1

2013/14 (Joze Alessio da Silva)

02.10.2013. "Atina-90" (Yunanlstan) – 5:1

03.10.2013. "Satelino" (Belçika) – 3:1

05.10.2013. "Tırqu Mureş" (Rumıniya) – 3:3

Elit raund (Portuqaliyada keçirilib)

21.11.2013. "Eyndhoven" (Hollandiya) – 6:3

22.11.2013. "Qyori ETO" (Macarıstan) – 5:0

24.11.2013. "Sportinq" (Portuqaliya) – 6:3

Dördlər finalı (Bakı, Azərbaycan)

Yarımfinal

24.04.2014. "Barselona" (İspaniya) – 4:4, pen. 2:4

3-cü yer uğrunda

26.04.2014. "Kayrat" (Qazaxıstan) – 6:4

2014/15 (Tino Perez)

Elit raund (çexiyada keçirilib)

18.11.2014. "Slov-Matik" (Slovakiya) – 3:4

19.11.2014. "Dina" (Rusiya) – 4:5

21.11.2014. "Xrudim" (çexiya) – 0:6

2016/17 (Milton Luiz Ziller Junior)

Əsas mərhələ (Makedoniyadada keçirilib)

11.10.2016. TDU (Gürcüstan) – 7:1

12.10.2016. "Feniks" (Kosovo) – 1:0         

14.10.2016. "Zelazareç" (Makedoniya) – 15:4

Elit raund (Xorvatiyada keçirilib)

23.11.2016. "Nasional" (Xorvatiya) – 1:2

24.11.2016. "Yuqra" (Rusiya) – 0:4

26.11.2016. "Hamburq" (Almaniya) – 1:5

2017/18 (Joze Alesio da Silva)

Əsas mərhələ (Rumıniyada keçirilib)

11.10.2017. "Mostar" (Bosniya və Herseqovina) – 5:2

12.10.2017. "Sent-Endryus" (Malta) – 6:4

14.10.2017. "Deva" (Rumıniya) – 3:6

2018/2019 (Joze Alesio da Silva)

Əsas mərhələ (Slovakiya)

03.10.2018 Vytis (Litva) – 0:1

04.10.2018 Valletta (Malta) – 1:1

06.10.2018 Luçenec (Slovakiya) – 2:5

2019/2020 (Joze Alesio da Silva)

Əsas mərhələ (Belçika)

09.10.2019 "Halle Gooik" (Belçika) – 1:5

10.10.2019 "Benfika" (Portuqaliya) – 0:7

12.10.2019 "Xerson" (Ukrayna) – 3:8

2020/2021 (Joze Alesio Da Silva)

İlkin seçmə mərhələ, pley-off (Yunanıstan)

28.11.2020 AEK (Yunanıstan) 3:3 pen. 3:4

2021/2022 (Joze Alesio Da Silva)

İlkin seçmə mərhələ (Latviya)

21.08.2021 "Europa" (Cəbəllütariq) 9:2

22.08.2021 "Kampuksen Dinamo" (Finlandiya) 4:4

24.08.2021 "Raba" (Latviya) 8:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest