Ekvadorlu atlet Aleks Kinonyes qətlə yetirilib. Matc.az xəbər verir ki, 32 yaşlı idmançı dostu ilə birlikdə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.
 
Quayas əyalətinin idman federasiyasının prezidenti Roberto İbanyes məlumatı təsdiqləyib.
 
Kinonyes 2019-cu ildə Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempoionatında 200 metr məsafəyə qaçışda bürünc medal qazanıb. O, həmin il Panamerika oyunlarının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest