İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatiylə yeni müqavilə danışıqlarını dayandırıb. Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
 
Xəbərdə tərəflərin yeni sözləşmənin müddətində razılığa gələ bilmədiyi qeyd olunub. "Barselona" Fati ilə uzunmüddətli müqavilə imzalamaq istəsə də, 18 yaşlı hücumçu bununla razılaşmır. İspan futbolçu klubla 2 illik sözləşmə imzalamaq niyyətindədir.
 
Fatinin "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest