"Fənərbaxça"nın prezidenti Ali Koç Super Liqanın 9-cu turunda "Trabzonspor"a məğlub olduqları oyundan (1:3) sonra fikirlərini bildirib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, mövsümün sonunda çempion olacaqlarını deyib:
 
"Fənərbaxça" azarkeşlərinə səslənirəm. Biz mövsümün sonunda çempion olacağıq. Bunu yazın ağlınıza. çempionluğu düşünün. Bu komandaya dəstək olun. Futbolçular əllərindən gələni edirlər".
 
"Fənərbaxça" Super Liqada 19 xalla 2-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest