Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA)  “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan bakalavr tələbələrinə “İdmanda dopinq nəzarəti” seçmə fənni tədris ediləcək.
 
Bu məqsədlə Akademiyanın Tibbi-bioloji elmlər kafedrasının müəllimləri üçün Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisləri  tərəfindən “Antidopinq tədris proqramı”  həyata keçirilir. Proqramı uğurla tamamlayan müəllimlər Akademiyada “İdmanda dopinq nəzarəti” fənnini tədris edəcəklər.  Bundan əlavə onlar antidopinq maarifləndirməsi ilə  bağlı lazımi tədris materialları ilə təmin ediləcəklər.
 
Qeyd edək ki, AMADA  bu sahədə ADBTİA ilə 2019-cu ildən əməkdaşlıq edir və magistr pilləsində təhsil alan tələbələr üçün AMADA-nın mütəxəssisləri tərəfindən antidopinq tədris proqramı keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest