Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun ilk mövsümünü 2-ci yerdə bitirən Teymur Rəcəbov açıqlama verib

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar Turunun ilk mövsümünü 2-ci yerdə bitirən Teymur Rəcəbov açıqlama verib. Matc.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı, turnirdə göstərdiyi nəticədən razı qaldığını deyib:
 
"İkinci olduğum üçün çox xoşbəxtəm. Mənim üçün çətin il oldu. Həqiqətən, turnir mənə xoş anlar yaşatdı və çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".
 
çempionlar Turunun ilk mövsümünün qalibi Maqnus Karlsen olub. Azərbaycan təmsilçiləri Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest