Azərbaycanlı hücumçu Renat Dadaşov futbol üzrə Portuqaliya 2-ci liqasının 7-ci turu çərçivəsində baş tutan “Tondela” – “Famalikan” matçının ən yaxşısı seçilib.

Azərbaycanlı hücumçu Renat Dadaşov futbol üzrə Portuqaliya 2-ci liqasının 7-ci turu çərçivəsində baş tutan “Tondela” – “Famalikan” matçının ən yaxşısı seçilib. Matc.az xəbər verir ki, millimizin forvardı doğma meydanda 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra xüsusi mükafata layiq görülüb.
 
O, bununla bağlı klubun mətbuat xidmətinə açıqlama da verib:
 
“Mənim üçün hər şeydən vacib olan komandamın uğurudur. Komanda yoldaşlarım olmasaydı, mən bu mükafatı qazana bilməzdim. Biz bu oyunda uğur qazanacağımıza sonadək inandıq. Əla kollektivimiz var. Biz bu oyunu birlikdə qazandıq. Bu mükafat da tək mənim yox, bütün komandanındır. Belə çətin bir həftədən sonra bu mükafatı qazanmaq bizim üçün çox vacibdir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest