Futbol üzrə Moldova çempionatında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Şerif"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:7.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb.
 
Keçirdiyi 12 oyunda 14 xal toplayan "Dinamo-Avto" 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest