Braziliya millisinin sabiq hücumçusu, hazırda Qazaxıstanın "Kayrat" klubunun uğurları üçün çalışan Vaqner Lav fırtınalı gənclik illərindən danışıb. Matc.az xəbər verir ki, İngiltərənin gündəlik "Daily Star" qəzeti 37 yaşlı futbolçunun keçmiş günlərini xatırlayıb:

"Vaqner Lav 2000-ci illərin sonlarında Moskva çSKA-sının heyətində UEFA Kubokundakı performansı ilə İngiltərə Premyer Liqası klublarının transfer hədəfinə çevrilmişdi. Braziliyalı hücumçu 10 oyunda vurduğu 11 qolla UEFA Kubokunun bombardiri olduğu üçün, "Arsenal" və "çelsi" onunla yaxından maraqlanmağa başlamışdı. Lakin həmin vaxt o, meydandankənar əməlləri ilə də manşetlərə çıxdı".

"Playboy Brasil" nəşrinə müsahibə verən futbolçu vaxtilə meydandan kənarda pis əməllərinin olduğunu gizlətmir. Təcrübəli hücumçu 14 yaşında 25 yaşlı bir sevgilisi ilə eşq yaşadığını bildirib. O, 20 yaşında olarkən 14 nəfərlə birgə orgiya (qrup şəklində seks) iştirakçısı olduğunu da etiraf edib. Lav həm də braziliyalı pornoulduz Pamela Batt ilə seks videosuna da çəkilib. Hansı ki, həmin video hələ 2008-ci ildə internetə sızdırılmışdı.

Əsl adı Vaqner Santos de Souza olan futbolçu, "Love" ləqəbinin də gənclikdəki sevgi macəraları ilə əlaqəli olduğunu bildirib. O, orgiyalardakı iştirakı barədə bunları söyləyib:

"İndi olurmu? Xeyr, çünki indi evliyəm, amma vaxtilə olub. Altı kişi varsa, səkkiz qadınımız olmalı idi. Həmin vaxtda belə bir qrupa futbolçu cəlb etmək istəyirdilər. Dostlarım mənə bunu təklif edəndə müsbət cavab verdim. Aralarında çox böyük rəqabət var. Hamısı status və bir az şöhrət istəyirlər. Həyatımda bunu yalnız bir dəfə etmişəm. Karyerasına yeni başlayan heç bir oyunçuya bunu etməyi məsləhət görməzdim".

Vaqner Lav 2020-ci ilin yayından "Kayrat"ın uğurları üçün çalışır. Hansı ki, bu komanda Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Braziliya millisində 20 oyuna 4 qol vurmuş təcrübəli hücumçu, karyerası ərzində "Palmeyras", çSKA (Moskva), "Flamenqo", "Şandonq Luninq", "Korintians", "Monako", "Alanyaspor", "Beşiktaş" klublarının da formasını geyinib.

Qeyd edək ki, Vaqner Avropada ilk qolunu "Neftçi"yə vurub. Onun, Rusiya MOİK-inin heyətində debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin matçın 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək, komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest