Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka millisi ilə qarşılaşıb.

Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi oyun yığmamızın biabırçı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya uduzmuşdu – 0:2.

Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 sentyabr

Azərbaycan – Danimarka 0:8
Qol: Siqne Bruun, 3; 62. Stine Larsen, 11; 26; 60. Manə Mollayeva, 43-öz qapısına. Mille Qeyl, 75. Emma Snerl, 76.
Baş hakim: Zuzana Valentova (Slovakiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest