Tokio-2020-də 16-cı və sonuncu gün geridə qaldı. Matc.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Olimpiadanın sonuncu günündə medal sıralamasının zirvəsində dəyişiklik baş verib. Hesabına 3 qızıl medal əlavə edən ABŞ (39 qızıl, 41 gümüş, 33 bürünc) çinin bir neçə gündür ki, davam edən liderliyinə son qoyub və Tokio-2020-ni birinci sırada tamamlayıb. çin (38 qızıl, 32 gümüş, 18 bürünc) ikinci, Yaponiya (27 qızıl, 14 gümüş, 17 bürünc) isə üçüncü olub.
 
Aktivində 3 gümüş, 4 bürünc medal olan Azərbaycan Tokio Yay Olimpiya Oyunlarını 67-ci sırada bitirib. Bu, müstəqillik tariximizdə qeydə alınmış ən pis göstəricidi. Qeyd edək ki, Tokio-2020-də İrina Zaretska, Rafael Ağayev (hər ikisi karate) və Hacı Əliyev (sərbət güləş) gümüş, Rafiq Hüseynov (yunan-Roma güləşi), Mariya Stadnik (sərbət güləş), İrina Kindzerska (cüdo) və Alfonso Dominqes (boks) isə bürünc medal qazandılar.
 
1. ABŞ - 39 qızıl, 41 gümüş, 33 bürünc (113)  
2. çin - 38 qızıl, 32 gümüş, 18 bürünc (88)
3. Yaponiya - 27 qızıl, 14 gümüş, 17 bürünc (58) 
4. Böyük Britaniya - 22 qızıl, 21 gümüş, 22 bürünc (65)
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 20 qızıl, 28 gümüş, 23 bürünc (71) 
6. Avstraliya - 17 qızıl, 7 gümüş, 22 bürünc (46)
7. Niderland - 10 qızıl, 12 gümüş, 14 bürünc (36)
8. Fransa - 10 qızıl, 12 gümüş, 11 bürünc (33)
9. Almaniya - 10 qızıl, 11 gümüş, 16 bürünc (37)
10. İtaliya - 10 qızıl, 10 gümüş, 20 bürünc (40) 
---
67. Azərbaycan - 3 gümüş, 4 bürünc (7)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest