Tokio-2020-də 15-ci gün geridə qaldı. Matc.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Medal sıralamasının lideri dəyişməyib. Aktivində 38 qızıl, 31 gümüş və 18 bürünc medal olan çin birincidi. ABŞ (36 qızıl, 39 gümüş, 33 bürünc) ikinci, Yaponiya (27 qızıl, 12 gümüş, 17 bürünc) isə üçüncü sırada qərarlaşıb. 
 
Olimpiadanın 15-ci günündə təmsilçilərimizdən Mariya Stadnik (güləş) bürünc, İrina Zaretska (karate) və Hacı Əliyev (güləş) isə gümüş medal qazandılar. Aktivində 3 gümüş və 4 bürünc medal olan Azərbaycan medal sıralamasında iki pillə irəliləyərək 67-ci sıraya yerləşib. Daha öncə karateçimiz Rafael Ağayev gümüş mükafatçı olmuşdu. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov, cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominqes isə Tokio-2020-də bürünc medal qazanmışdılar.
 
1. çin - 38 qızıl, 31 gümüş, 18 bürünc (87) 
2. ABŞ - 36 qızıl, 39 gümüş, 33 bürünc (108) 
3. Yaponiya - 27 qızıl, 12 gümüş, 17 bürünc (56) 
4. ROK (Rusiya Olimpiya Komitəsi) - 20 qızıl, 26 gümüş, 23 bürünc (69) 
5. Böyük Britaniya - 20 qızıl, 21 gümüş, 22 bürünc (63)  
6. Avstraliya - 17 qızıl, 7 gümüş, 22 bürünc (46)
7. Almaniya - 10 qızıl, 11 gümüş, 16 bürünc (37)
8. Niderland - 10 qızıl, 11 gümüş, 12 bürünc (33)
9. İtaliya - 10 qızıl, 10 gümüş, 19 bürünc (39) 
10. Fransa - 9 qızıl, 12 gümüş, 11 bürünc (32)
---
67. Azərbaycan - 3 gümüş, 4 bürünc (7)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest