Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qadın marafonçuların mübarizəsinə yekun vurulub.
 
42.195 km məsafəni 2 saat 27 dəqiqə 20 saniyəyə qaçan Peres Cepçirçir (Keniya) Olimpiya çempionu olub. Onun həmyerlisi, dünya rekordunun sahibi Bricit Kosqey (2:27:36) gümüş medal qazanıb. ABŞ təmsilçisi Molli Zaydel (2:27:46) isə bürünc medalla kifayətlənib.
 
Qeyd edək ki, kişilərin marafon yarışı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest