Tokio-2020-də su polosunda qadınların mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, finalda ABŞ və İspaniya milliləri üz-üzə gəliblər. Gözlənildiyi kimi qarşılaşma amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Oyuna nəzarəti sona qədər əldən verməyən ABŞ 14:5 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb. Beləliklə, amerikalı qadın poloçular ardıcıl üçüncü dəfə Olimpiya çempionu olublar.
 
ROK-u (Rusiya Olimpiya Komitəsi) 11:9 hesabı ilə məğlub edən Macarıstan isə bürünc medal qazanıb.
 
Tokio-2020
Su polosu (qadınlar)
 
Bürünc medal uğrunda görüş
Macarıstan - ROK - 11:9
 
Final
ABŞ - İspaniya - 14:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest