Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. Matc.az xəbər verir ki, "Gündoğar ölkə"yə yollanan 44 idmançımızdan yalnız yeddisi podima qalxmağı bacarıb.  
 
Belə ki, Rafael Ağayev, İrina Zaretska (hər ikisi karate) və Hacı Əliyev (güləş) gümüş medala sahib çıxıblar.  İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks), Rafiq Hüseynov (yunan-Roma güləşi) və Mariya Stadnik (sərbəst güləş) Olimpiadanı bürünc medalla başa vurublar.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest