Aktivində toplam 74.350 xal olan Azərbaycan 14 ölkə arasında 10-cu olub və final etapından kənarda qalıb. Komandamız rezerv siyahıda ikinci olmaqla kifayətlənib.

Tokio Yay Olimpiya Oyunlarının 15-ci günündə bədii gimnastika üzrə qrup yarışlarına start verilib. Matc.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandamız təsnifat mərhələsində iştirak edib.

Gimnastlarımız ilk rotasiyada (toplarla hərəkətlər) 36.700, ikinci rotasiyada (3 halqa və 2 cüt gürz) isə 37.500 xal toplayıblar. Aktivində toplam 74.350 xal olan Azərbaycan 14 ölkə arasında 10-cu olub və final etapından kənarda qalıb. Komandamız rezerv siyahıda ikinci olmaqla kifayətlənib.
 
Qeyd edək ki, ilk "səkkiz"liyə düşməyi bacaran komandalar finala vəsiqə qazanıblar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest