Tokio-2020-də 14-cü gün geridə qaldı. Matc.az xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Medal sıralamasının lideri dəyişməyib. Aktivində 36 qızıl, 26 gümüş və 17 bürünc medal olan çin birincidi. ABŞ (31 qızıl, 36 gümüş, 31 bürünc) ikinci, Yaponiya (24 qızıl, 11 gümüş, 16 bürünc) isə üçüncü sırada qərarlaşıb. 
 
Olimpiadanın 14-cü günündə karatenin kumite növündə çıxış edən təmsilçimiz Rafael Ağayev gümüş medal qazanıb. Nəticədə Azərbaycan medal sıralamasında 8 pillə irəliləyib. Hazırda aktivində 1 qızıl, 3 bürünc medal olan Azərbaycan Monqolustanla birlikdə 69-70-ci yerləri bölüşür. Qeyd edək ki, daha öncə yunan-Roma güləşçimiz Rafiq Hüseynov, cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominqes Tokio-2020-də bürünc medal qazanıblar.
 
1. çin - 36 qızıl, 26 gümüş, 17 bürünc (79) 
2. ABŞ - 31 qızıl, 36 gümüş, 31 bürünc (98) 
3. Yaponiya - 24 qızıl, 11 gümüş, 16 bürünc (51) 
4. Böyük Britaniya - 18 qızıl, 20 gümüş, 20 bürünc (58) 
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 17 qızıl, 23 gümüş, 22 bürünc (62) 
6. Avstraliya - 17 qızıl, 6 gümüş, 21 bürünc (44)
7. İtaliya - 10 qızıl, 10 gümüş, 18 bürünc (38) 
8. Almaniya - 9 qızıl, 11 gümüş, 16 bürünc (36)
9. Niderland - 9 qızıl, 10 gümüş, 12 bürünc (31)
10. Fransa - 7 qızıl, 11 gümüş, 9 bürünc (27)
---
69-70. Azərbaycan - 1 gümüş, 3 bürünc (4)
69-70. Monqolustan - 1 gümüş, 3 bürünc (4)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest