Almaniyanın "Borussiya" (Dortmund) klubu yarımmüdafiəçisi Mahmud Dahudla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2023-cü ilin yayına kimi "Borussiya"nın uğurları üçün çalışmağa davam edəcək.
 
Dahud 2017-ci ildən "Borussiya"da çıxış edir. Suriya əsilli almaniyalı futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 21 matçda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest